Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, Rusiya neftinin Ukrayna ərazisindən tranziti bərpa olunmasa, “Slovnaft” Ukraynaya dizel yanacağı tədarük etməyəcək.
Editor.az xəbər verir ki, Fico bununla bağlı iyulun 29-da Facebook-da müvafiq videomüraciət dərc edib. Onun sözlərinə görə, o, bu məsələni Ukraynanın baş naziri Denis Şmıqal, Slovakiyanın xarici işlər naziri Yuri Blanar və dövlət katibi Marek Eştok, eləcə də Ukraynanın Slovakiyadakı səfiri Miroslav Kastran ilə müzakirə edib: “Rusiya neftinin Ukrayna ərazisindən tranziti yaxın gələcəkdə bərpa olunmasa, “Slovnaft” artıq Ukraynaya dizel yanacağını tədarük etməyəcək ki, bu da Ukrayna istehlakının 10-nu əhatə edir”, – deyə Fiko bildirib.
Fiko qeyd edib ki, müzakirə texniki həlldən gedir, lakin bir neçə ölkə prosesdə iştirak etməlidir. O, həmçinin vurğulayıb ki, sanksiyalar Rusiyaya ziyan vurmur və Avropa İttifaqı Rusiya Federasiyası ilə “əməkdaşlıq formalarını”, o cümlədən strateji xammal sahəsini nəzərdən keçirməli olacaq.
//Samir Qurbanov, Editor.az