Sloveniyada yeni hökumət qurulubbackend

Sloveniyada yeni hökumət qurulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sloveniya parlamenti ölkənin yeni hökumətinin tərkibində nazirləri və baş naziri seçib.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, mərkəz solçu Robert Qolob səs çoxluğu ilə ölkənin yeni baş naziri seçilib. Saatlarla davam edən iclasda 28 deputat əleyhinə, 53 deputat isə lehinə səs verərək 18 nazirdən ibarət hökumət rəsmən müəyyənləşib.

Aprelin 24-də Sloveniyada keçirilən ümumi seçkinin qalibi Robert Qolob üç müddət baş nazir olmuş Janez Yansa üzərində qələbəsi ilə diqqət çəkib.

Bu il Azadlıq Hərəkatı ilə siyasətə qədəm qoyan 55 yaşlı elektrik mühəndisi Qolob bildirib ki, onun məqsədi mərkəz-liberal və solçu mərkəzlərdən ibarət sabit hökumət qurmaqdır.

//Nəzərbəy Hacıağayev, Editor.az