SOCAR benzinin bahalaşması ilə bağlı məlumat yaydıbackend

SOCAR benzinin bahalaşması ilə bağlı məlumat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabr ayının 15-dən etibarən “A-98 SUPER” və “A-95 PREMİUM” markalı yanacaq növlərinin qiymətində artım baş verib.

Azərbaycana avtomobil yanacağının satışı ilə məşğul olan “SOCAR-Petroleum” şirkətindən verilən məlumata görə, hazırda “A-98” 1,90 manata, “A-95” isə 1,60 manata satılır.

“Mənbə ölkədə qiymət artımı ilə əlaqədar olaraq Azərbaycana idxal olunan “A-98 SUPER” və “A-95 PREMİUM” yanacaq növlərinin qiymətində artım baş verib”, – şirkətdən bildirilib.

Qeyd edək ki, bundan öncə “A-95 PREMİUM”un 1 litrinin qiyməti 1,45 manat, “A-98 SUPER” markalı benzinin qiyməti isə 1,6 manat təşkil edirdi.