SOCAR-ın prezidenti “Rosneft”in baş icraçı direktoru ilə görüşdübackend

SOCAR-ın prezidenti “Rosneft”in baş icraçı direktoru ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Rosneft” şirkətinin baş icraçı direktoru İqor Seçinlə görüşüb.

Editor.az SOCAR-a istinadən verdiyi məlumata görə, görüşdə tərəflər arasında qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, enerji keçidindən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, SOCAR prezidenti işgüzar səfəri çərçivəsində Sankt-Peterburq beynəlxalq iqtisadi forumunda iştirak edib və forumun energetika panelində çıxış edib.