Soçi görüşü 15 dekabr görüşünə adekvat cavab olaraq təşkil edilib- AÇIQLAMAbackend

Soçi görüşü 15 dekabr görüşünə adekvat cavab olaraq təşkil edilib- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Noyabr ayında baş tutan sərhəd gərginliyinin əsas səbəblərindən biri Qərbin aktivliyi idi. Qərb Azərbaycanla Ermənistan arasında pərdəarxası danışıqlara cəhd edirdi. Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel  telefon diplomatiyası aparırdı. Rusiya isə ümumilikdə region dövlətlərinin Qərblə danışıqlarından çox narahat idi. Rəsmi Kreml qorxur ki, monopoliya onun əlindən çıxacaq. Rus mənbələrindən bilə- bilə 9 noyabrda üçtərəfli görüşün baş tutacağı ilə bağlı məlumatlar yayılırdı”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi şərhçi Teymur Qasımlı deyib.

O bildirib ki, Brüssel görüşündən əvvəl Soçidə belə bir görüşün təşkil edilməsi gözlənilən idi:

“Brüsseldə baş tutacaq görüşün rəsmi tarixi açıqlandıqdan sonra bir həftədə iki dəfə Paşinyanla Putin arasında telefon danışıqları baş tutdu. Rusiya istəyir ki, Soçi görüşündə 15 dekabr görüşünə qədər prosesləri öz əlinə alsın, Qərbin vasitəçiliyinə kölgə salsın. Rusiya bu görüşlə bütün dünyaya yenidən sübut etməyə çalışır ki, regionda problemləri həll edəcək yeganə qüvvə mənəm. Əsas məqsədi budur. Soçi görüşü 15 dekabr görüşünə adekvat cavab olaraq planlaşdırıldı. Bu görüşdən müsbət nəticələrin əldə edilməsi çətin görsənir”.

//Gülnarə Abasova, Editor.az