Soçi görüşü nələri dəyişdirdi? – DETALLARbackend

Soçi görüşü nələri dəyişdirdi? – DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 26-da gözlənilən üçtərəfli görüş baş tutdu. Belə ki, Azərbaycan, Rusiya, və Ermənistan liderləri tərəfindən regionda stabillik və sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı çağırışlar oldu, Zəngəzur dəhlizin açılmasının vacibliyi vurğulandı. Yəni ki, hərb meydanın aldığımız böyük qalibiyyət siyasi masada bənd-bənd yerinə yetirilir. Yəni artıq məsələnin praktiki həlli üçün nəzəri cəhətdən razılıqlar əldə edilib. Bu həmin gün imzalanmış razılaşmada da öz əksini tapır. Ən əsası isə Ermənistan tərəfi bununla razılışıb və imzalar da atılıb. Növbəti addım isə imzalanmış bəyanatla bağlı komissiyaların formalaşması olacaq ki, şübhəsiz ki, bu da Azərbaycanın növbəti uğuru kimi tarixdə qalacaq.

Üstəlik, tərəflər arasında bir-birinin ərazi bütövlüyünün və dövlət suverenliyinin tanınmasının və yekun sülh sazişinin imzalanmasının tezləşdirilməsinin vacibliyini vurğulayan Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında elan edib ki, bu ilin sonunadək demarkasiyası və delimitasiyası mexanizmlərini yaratmaq barədə razılıq əldə olunub. Yəni ki, bütün proseslər geridönməzliyə işarədir. Birmənalı şəkildə quru və dəmir yolu nəqliyyat dəhlizlərinin açılması ilə bağlı mövqe onu da göstərir ki, Ermənistan geriyə addım ata bilməyəcək. Rusiya prezidentinin mətbuat konfransında dəfələrlə dəhliz ifadəsini işlətməsi, eyni zamanda Zəngəzur dəhlizi layihəsinin Rusiya tərəfindən dəstəklənməsi deməkdir. Digər bəyanatlardakı kimi, Ermənistanın prosesi ləngitməkdə maraqlı olacağı da gözləniləndir. Lakin Azərbaycanın prinsipial və dəyişilməz möveyi Paşinyan üçün başqa çıxış yolu qoymur.

Digər maraqlı məqam isə budur ki, hər vəchlə “hərbi əsirlərimiz qaytarılmır” deyib, Ermənistanı dünyanın ən əzilmiş xalqı kimi beynəlxalq ictimaiyyətə çatdırmağa çalışan Paşinyan, bu görüşdə hərbi əsirlərdən və Qarabağ statusundan danışmadı.

Ümumi olaraq Soçi görüşü Azərbaycan və region üçün nələr vəd edir? Məsələ ilə bağlı kanalımıza açıqlama verən deputat Ceyhun Məmmədov bildirib ki, Azərbaycanın həyata keçiridiyi, xüsusilə cənab prezident İlham Əliyevin atdığı uğurlu addımlar nəticəsində görüş baş tutdu və ən mühüm məsələlərə aydınlıq gətirildi.

“Ən mühüm məsələrdən biri o idi ki, uzun müddətdir ki, Ermənistan 10 noyabr 2020-ci il və 11 yanvar 2021 ci il razılaşmalarının bəndlərini pozurdu və sanki bu razılaşmalarla razı deyildi. Son bəyanatda əvvəlki razılaşmaların sabitliyinin qeyd olunması tərəflərin kommunikasiyaların açılması, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı razılıq əldə olunması və müəyyən addımların qəbul edilməsi təqdirəlayiq haldır. Azərbaycan üçün önəmli olan məslə o idi ki, Ermənistan öz mövqeyini kankretləşdirsin. ”

Soçi görüşündə Paşinyanın “Qarabağ statusu” çağırışına və “hərbi əsirlərimiz var” iddialarının səsləndirilməməsinə gəlincə isə deputat bildirib ki, Azərbaycanın prinsipial mövqeyi və qətiyyəti Ermənistanı məcburiyyət qarşısında qoyur.

“Bəli, bu görüşdə bir çox məsələlər diqqəti çəkdi. “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi işlədilmədi. Status məsələsi qaldırılmadı. Hərbi əsir məsələsi xüsusi olaraq vurğulanmadı. Çünki hərbi əsir məsələsində ən birinci günahkar ermənistandır. Və hesab edirəm ki, bu Azərbaycanın növbəti diplomatik uğuru, cənab Prezidentin növbəti uğurlu siyasi gedişatıdır.”

 

Kanalımıza açıqlama verən siyasi şərhçi Turab Rzayev də Soçi görüşünün nəticəsinin Azərbaycanın növəbəti uğuru sayıb. O bildirib ki, imzalanan bəyanatda sərhədlərin delimitasiya ilə üçtərəfli komissiyanın yaranmasına nail olduq.

“Ermənistan dəfələrlə delimitasiya və demarkasiyanın əleyhinə olmadığını bildirib amma hansı xəritə ilə aparılması ilə bağlı ciddi fikir ayrılığı var idi. Özümüzdə olan xəritələrlə sərhədlərin delimitasiyasını apararkən Ermənistan bunu ərazilərinə hücum kimi qəbul edib sərhəddə müəyyən toqquşmalar yaranırdı. Və dünya ictimaiyyətinə Azərbaycanın Ermənistana daxil olması kimi şikayətlər edilirdi. Üçtərəfli komissiyadan sonra rəsmi İrəvanın belə iddialarının əsası olmayacaq.”

Kommunikasiya və nəqliyyat dəhlizinin açılmasına gəlincə isə siyasi şərhçi onu bildirib ki, görüşdə bununla bağlı ifadələr var və bu da Azərbaycana əsas verir ki, maneəsiz şəkidlə Ermənistan üzərindən Naxçıvana nəqliyyat hərəkətini bərpa etsin.

Yəni ki, avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar var. Soçi görüşündə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərin müzakirə edilməməsi məsələsinə gəlincə isə Turab Rzayev bildirib ki, bu Azərbaycan üçün müsbət məqamdır.

“Biz Azərbaycan dövləti olaraq status formalaşmasını qəbul etmirik. Azərbaycan suverenliyinə xələl gətirəcək hər hansı inzibati bölgünü qəbul etmirik. Soçi görüşündə də nə Paşinyan tərəfindən bunu bəyanata salınab bilinməməsi, eyni zamanda Rusiyanın da bu mövzunu gündəmə gətirməməsi bizim üçün yenə də pozitiv nəticə hesab oluna bilər. ”

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də üçtərəfli görüş barədə mövqe bildirib. Qeyd olunub ki, görüşün nəticəsində Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin imzaladığı bəyanatda Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib.

Sonda bir daha onu bildirək ki, üçtərəfli görüşün nəticələri müsbət qiymətləndirilir və Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail olmaqdadır. Həmçinin hər hansı qarşı şərt qoyulmadan Azərbaycan Prezidentinin mövqeyi sənəddə öz əksini tapmaqdadır.

//musavat.com