Soçi görüşündən gözləntilər: “Türkiyə İdlibdən o halda geri çəkilə bilər ki…”- AÇIQLAMAbackend

Soçi görüşündən gözləntilər: “Türkiyə İdlibdən o halda geri çəkilə bilər ki…”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sentyabrın 29-da V. Putin və R. T. Ərdoğan Soçidə görüşəcək. Bu görüşdə İdlib böhranı, Türkiyənin Ukraynaya dəstəyi və Zəngəzur dəhlizinin açılması məsələsi müzakirə olunacaq. Bir neçə müddətdir ki, Rusiya tərəfi Türkiyənin Ukraynaya hərbi -texniki dəstəyindən narahatdır. V. Putin bununla bağlı cənab Ərdoğandan belə bir dəstəyi kəsmək istəməsi mümkündür. Təbii ki, Ankara Ukraynaya dəstəklə bağlı Rusiyanın istəklərini yerinə yetirməyəcək. Çünki Ukrayna, Qara dəniz hövzəsi Türkiyənin əlində ciddi rıçaqdır”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Siyasi analitikin sözlərinə görə, Suriyada İdliblə bağlı gərgin vəziyyət hökm sürür:

“Rusiya İdlibə və Afrinə havadan hərbi əməliyyatlar həyata keçirir. Artıq Türkiyədə idlib və Afrin isitiqamətinə yeni hərbi birliklər göndərir. Göründüyü kimi hər iki tərəf görüş öncəsi öz güclərini nümayiş etdirir. Bununda məqsədi güzəştə getməməkdi. Türkiyənin bu qərarlılığı ilə Moskvanı güzəştə getməyə məcbur edə bilər. Türkiyə tərəfi İdlibdən o halda geri çəkilə bilər ki, YPG qarşı hərbi əməliyyatlarda Rusiya dəstək versin. Bu görüşdə əsas müzakirə predmeti də bu istiqamətdə olacaq”.

M. Əsədullazadənin sözlərinə görə, Soçi görüşündə tərəflərin ortaq məxrəcə gəlməsi mümükün ola bilər:

“Hər iki ölkəninin dərin böhrana getməsi gözlənilmir. Nə bu Rusiyaya , nə də Türkiyəyə lazımdır. Xüsusilə, Rusiya Türkiyə ilə mümülkün hərbi-texniki əməkdaşlığı qorumaqda maraqlıdır. “Zəngəzur” dəhlizi ilə bağlı tərəflər mümükün razılığa gələ bilər. İdliblə bağlı bu görüşdə müsbət razılıq əldə edilsə, Zəngəzur dəhlizi və Ermənistanla münasibətlərin normallaşmasına təsir edəcək Əgər, bu danışıqlarda razılaşma olacaqsa, Türkiyə bu danışıqlardan sonra Rusiyadan növbəti dəfə “S-400″ havadan müdafiə sistemlərinin ala bilər. Bu məsələdə artıq ABŞ-in mövqeyi Türkiyə üçün maraqlı deyil. Soçi görüşündə qarşılıqlı güzəştlər vasitəsilə əməkdaşlıq və tərəfdaşlıq davam etməsi gözlənilir. Çünki cənab R. T. Ərdoğan və V. Putin anlaşa bilirlər”.

//Gülnarə Abasova, Editor.az