Soçidə 400-dən çox miqrant yaxalandıbackend

Soçidə 400-dən çox miqrant yaxalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Soçidə hüquq-mühafizə orqanlarının əməkdaşları reyd keçirərək yüzlərlə qeyri-qanuni miqrant və iki əcnəbi cinayətkarı müəyyən ediblər.

“Reyddən sonra polis şöbəsinə 400-dən çox əcnəbi gətirilib, onlardan 14-nə qarşı Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsi ilə inzibati xətalar haqqında protokollar tərtib edilib”.

Editor.az bildirir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsi məlumat verib. Reyd polis və Rusiya Milli Qvardiyasının əməkdaşları tərəfindən birgə həyata keçirilib.

Yataqxanalar, tikinti sahələri, bağçılıq şərikləri, qaraj kooperativləri kimi obyektlərə baxış keçirilib. Reyd əvvəllər oğurluq və dələduzluq ittihamı ilə federal axtarışa verilmiş iki xarici vətəndaşı saxlamağa da kömək edib. Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları bir mənzildə 7 miqrantın qondarma qeydiyyata alındığını, 24 yaşlı yerli sakinin onları qeydiyyata almaq qərarına gəldiyini müəyyən ediblər.