Rusiyada- Soçinin Adler rayonunda güclü yanğın baş verib. Dizel yanacaq anbarıalovlanıb.
Editor.az “Shot” Telegram kanalının məlumatına istinadən bildirir ki, 1200 ton kerosin olan bir anbar yanıb. Yanğının ümumi sahəsi təxminən 100 kvadratmetrdir.
İlkin məlumata görə, yanğının səbəbi pilotsuz təyyarənin hücumu olub. Yerli sakinlər səhər saat 5 radələrində partlayışa bənzər səslər eşidiblər.
Yanğınla mübarizə üçün bütün xidmətlər yerində işləyir-polis, yanğınsöndürənlər, təcili yardım maşınları, qaz işçiləri və s. Rusiya Federasiyasının Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev hadisə nəticəsində heç kimin xəsarət almadığını söylədi. Saat 7:42-də yanğın söndürülüb.
//Samir Qurbanov, Editor.az