“Societe Generale” Rusiyadakı fəaliyyətini dayandırırbackend

“Societe Generale” Rusiyadakı fəaliyyətini dayandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropanın aparıcı maliyyə qurumlarından və Fransanın ən qədim banklarından olan “Societe Generale” Rusiyadakı bank və sığorta fəaliyyətini dayandıracaq. Bank “Rosbank”dakı əksər səhmlərini satacağını açıqlayıb.

Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, “Societe Generale” bu haqda bəyanat yayıb.

Məlumatda bildirilir ki, “Rosbank” və onun Rusiyadakı törəmə sığorta şirkətlərinin bütün səhmlərinin “İnterros Capital”a satışı ilə bağlı razılıq əldə olunub.

Qeyd edək ki, “Interros Capital” Rusiyanın ən zəngin oliqarxlarından olan Vladimir Potaninə məxsusdur. Satış prosesinin yaxın günlərdə tamamlanacağı gözlənilir.

//Editor.az