Fransanın Societe Generale bankı Türkiyə iqtisadiyyatı ilə bağlı yeni proqnozlar açıqlayıb.
Editor.az “Reuters”ə istinadən xəbər verir ki, bank inflyasiyanın 80 faizdən yuxarı qalxma ehtimalının olduğunu və Mərkəzi Bankın (TCMB) siyasət faizini 2023-cü ilin ikinci rübünə qədər 14 faiz səviyyəsində saxlayacağını proqnozlaşdırıb.
Məlumata görə, bank lirənin dəyər itirməyə davam edəcəyini və inflyasiya və yüksək enerji qiymətləri səbəbindən lirə üzərindəki satış təzyiqinin artacağını gözlədiyini bildirib.
//Gülnarə Abasova, Editor.az

