Şok eksperiment: 55 prokuror və hakim “həbs edildi”backend

Şok eksperiment: 55 prokuror və hakim “həbs edildi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Brüsselin 55 prokuror və hakimi məhbus həyatının bütün şərtlərini tam olaraq yaşamaq üçün tezliklə istifadəyə veriləcək həbsxanada oturmağa qərar verib.

Editor.az bildirir ki, bu barədə “Bild” portalı məlumat yayıb. Belçikanın ədliyyə naziri Vincent Van Kuikenborn hesab edir ki, bu təcrübədən sonra hakimlər və prokurorlar daha ağlabatan hökmlər çıxaracaqlar. Buna görə də könüllülərin saxlanması şəraiti real həbsxana şəraitinə mümkün qədər uyğun qurulub. Həbsxana işçiləri əsl məhkumlarla necə davranırlarsa, prokurorlara və hakimlərə də elə yanaşırlar.

Həbsxana 1200 məhbus üçün nəzərdə tutulub. Məlumatlara görə, Belçika həbsxanaları Avropada ən çox izdihamlı həbsxanalar sırasındadır. Yerin azlığı məhbusların döşəmədəki döşəklərdə yatmağa məcbur edib. 2020-ci ildə Avropa İnsan Haqları Şurası (AİHŞ) Belçika hökumətinə saxlanma şəraitinin pis olması ilə bağlı 25 şikayətçi məhbusa 5000 avro ödəməyi əmr edib. Fiziki aktivliyin olmaması və gigiyena qaydalarının pozulması ilə bağlı şikayətlər daha çoxdur.

  //Samir,Editor.az