Şok: Ermənilər azərbaycanlı deputatı öldürmək istəyiblərbackend

Şok: Ermənilər azərbaycanlı deputatı öldürmək istəyiblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rəsmi səfərlərdə erməni təxribatı çox olub. Bizi öldürmək, terror hadisəsi törətmək istəyən çox sayda erməni təxribatı ilə üzləşmişik”.

Editor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, “Qarabağa dönüş” İctmai Birliyinin sədri Tural Gəncəliyev Lent.az-ın “Məndən soruş” layihəsində səsləndirib.

Deputat bildirib ki, xarici ölkələrdə rəsmi səfərlərdə, debatlarda olarkən çox sayda erməni təxribatı qarşılaşıb:

“Ən yadda qalan belə hadisələr sosial şəbəkələr vaistəsilə olurdu. ATƏT və Avropa Şurası parlament assambleyalarının tədbirlərində ermənilərin azərbaycanlılara qarşı olan təhdidləridir. Amma bunların heç birinin əhəmiyyətli nəticəsi olmayıb, bizi öz yolumuzdan sapdırmayıb. Həmişə öz mübarizəmizdə əzimli olmuşuq”.