Şok gəlişmə: Ərdoğan açıqlamışdı – Türkiyə o addımı atmağa hazırlaşırbackend

Şok gəlişmə: Ərdoğan açıqlamışdı – Türkiyə o addımı atmağa hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliya, Rusiya, Hindistan, Çin və CAR-ın (BRİKS) 2009-cu ildə iqtisadi əməkdaşlıq üçün qurduğu birliklə bağlı yeni gəlişmələr yaşanır.

BRİKS beynəlxalq forumunun prezidenti Purnima Anand Argentina və İranın ötən ilin iyununda üzvlük müraciətini xatırladaraq, Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin də sözügedən quruma qoşulmaq üçün müraciət etməyə hazırlaşdıqlarını bildirib.

“Argentina və İrandan başqa, Səudiyyə Ərəbistanı, Türkiyə və Misir də təşkilata üzvlük üçün ərizə verməyə hazırlaşır. Bu məsələ Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman və Rusiya xarici işlər naziri Sergey Lavrovun ötən ilin iyununda Ər-Riyaddakı görüşü zamanı gündəmə gəlib. Rusiya Səudiyyə Ərəbistanının təşkilata üzv olmaq istəyini dəstəkləyib. Bundan başqa, Türkiyə və Misir də BRİKS-ə qoşulmağa maraq göstərir. Ümid edirəm ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir çox sürətlə BRİKS-ə qoşulacaq. Hesab edirəm ki, bu, yaxşı addımdır. Təbii ki, genişlənmə həmişə müsbət qarşılanır. Bu, BRİKS-in bütün dünyada təsirini açıq şəkildə artıracaq”, – Anand deyib.

Prezident Rəcəb Tayyib Ərdoğan 2018-ci ildə CAR-ın Yohannesburq şəhərində keçirilən 10-cu BRİKS sammitinə xüsusi dəvət olunmuş lider kimi qatılmışdı. Ərdoğan sammitdə Türkiyənin BRİKS-ə üzvlüyünün mümkünlüyünə diqqət çəkmişdi.

Teleqraf.com