Şok hədə: ABŞ Rusiya səfirini qovur – Vaxt verildibackend

Şok hədə: ABŞ Rusiya səfirini qovur – Vaxt verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Amerika tərəfinin səfir Anatoli Antonovu Vaşinqtondan qovacağı ilə bağlı hədələrinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, diplomat bununla bağlı xəbəri mediadan oxuduğunu deyib.

Onun sözlərinə görə, Rusiya ABŞ-la ikitərəfli viza problemləri ilə bağlı danışıqlarda iştirak etmir. Polyanski Amerikanın Rusiya səfirini ölkədən çıxarmaqla bağlı hədələrini “absurd” adlandırıb.

“Ümid edirəm ki, bu vəziyyət həll olunacaq, çünki təbii ki, bu cür tələblər absurd görünür”, – Polyanski vurğulayıb.

Bundan əvvəl Anatoli Antonov ABŞ-dan qovulacağı ilə bağlı ona hədə-qorxu gəlindiyini açıqlayıb. O qeyd edib ki, Moskva Amerikanın Rusiyadakı səfirinin mühafizəçilərinə viza verilməsi ilə bağlı Vaşinqtonun bir sıra şərtlərini yerinə yetirməsə, aprel ayına qədər ABŞ-ı tərk etmək məcburiyyətində qalacaq.