ŞOK İDDİA: İkardinin arvadı Maradona ilə də… – FOTObackend

ŞOK İDDİA: İkardinin arvadı Maradona ilə də… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfsanəvi Dieqo Maradona Mauro İkardinin bədnam həyat yoldaşı Vanda Nara ilə ehtiraslı bir gecə keçirdiyini bilirdinizmi?

Editor.az publika.az-a istinadən xəbər verir ki, xarici tabloidlərə görə, Maradona və İkardi 2006-cı ildə birlikdə olublar. O zaman Maradonın 46, Vandanın isə 20 yaşı olub.

İddia edilən ehtiras gecəsi Vanda Maksi Lopezlə görüşməyə başlamazdan əvvəl baş tutub.

Argentinalı televiziya ulduzu Mirta Leqrand Maradona ilə Nara arasındakı əlaqədən danışıb. Mirtanın dediyinə görə, o, təsadüfən oteldə Maradonanın qonşuluğunda qalıb və Dieqo Armandonun Vanda ilə otelə gəldiyinin şahidi olub.

“Onlar mübahisə edir, mebelləri köçürürdülər. O qədər səs-küy salırdılar ki, yata bilmirdim. Bu doğrudur. Mən onların cilovsuz cinsi əlaqəsinin şahidi oldum”, – Leqran deyib.

Xatırladaq ki, Maradona 2020-ci il noyabrın 25-də qəfil ürək tutması səbəbindən dünyasını dəyişib.

Vandanın təkcə həyat yoldaşı deyil, həm də peşəkar agenti olduğu 30 yaşlı Mauro İkardi hazırda Türkiyənin “Qalatasaray” klubunda çıxış edir. 2023/24 mövsümündə Mauro 14 oyun keçirib, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.