Belqorod vilayətində qəzaya uğrayan İl-76 təyyarəsində ukraynalı hərbi əsirlər olmayıb.
Editor.az bildirir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) katibi Aleksey Danilov məlumat verib.
Rusiya hakimiyyəti daha əvvəl bəyan etmişdi ki, təyyarədə 65 ukraynalı məhbus olub və təyyarənin özü də Ukrayna Silahlı Qüvvələri (AFU) tərəfindən “Patriot” zenit-raket kompleksindən istifadə etməklə vurulub.
“Orada məhbuslarımız olubmu? Sizə dəqiq deyə bilərəm ki, yox. Əgər bu baş versəydi, o zaman bioloji materialın miqdarı, deyək ki, ölü deyilənlər o qədər çox olardı ki, mütləq bundan istifadə edib hər şeyi lentə alardılar. Və tarla qan içində qırmızı olardı.
Bu, baş verməyib”, – deyə Danilov Ukraynanın “Babel” nəşrinə müsahibəsində bildirib. O vurğulayıb ki, hazırda Ukrayna hakimiyyəti İl-76-nın göyərtəsində olduğu iddia edilən məhbusların hazırda sağ olub-olmaması barədə etibarlı məlumatlara malik deyil.
Aleksey Danilov da təyyarənin Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulması ilə bağlı iddialara isə “bu qədər qətiyyətli olmağa ehtiyac yoxdur” şəklində cavab verib.
//Samir Qurbanov, Editor.az

