ŞOK İDDİA: Taekvondo üzrə milli məşqçi gənclərə təcavüz edib! 17 yaşlı qızı otağına çağırıb…backend

ŞOK İDDİA: Taekvondo üzrə milli məşqçi gənclərə təcavüz edib! 17 yaşlı qızı otağına çağırıb…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda taekvondo kursuna gedən 17 yaşlı qız milli məşqçi tərəfindən təcavüzə məruz qaldığını iddia edib.

Məşqçinin onu otağına çağıraraq orada təcavüz etdiyini bildirən gənc qız müəllimin ona mesajlar da göndərdiyini bildirib.

17 yaşlı A.D.-nin İstanbulda təxminən 2 il əvvəl başladığı kursda taekvondo müəllimi İ.K. milli hakim olub və orada baş məşqçi vəzifəsində çalışıb. İddiaya görə, İ.K. son aylarda gənc qıza qarşı təcavüz etməyə başlayıb. 2021-ci ilin iyulundan sonra gənc qızı otağına çağıran milli məşqçi ona sataşıb.

Ötən ilin dekabr ayında Ankaradakı matçdan qayıtdıqdan sonra digər dostları məşqdə olarkən yenidən gənc qızın yanına gələn taekvondo müəlliminin sevgilisi olmaq kimi mövzulardan danışdığı, ürək şəkilləri və mesajlar göndərdiyi müəyyən edilib. Gənc qız rəfiqələri ilə danışanda onların da oxşar təzyiqlərə məruz qaldığını öyrənib. Daha sonra qız başına gələnləri bacısına danışıb.

Bacısı gənc qızı dinlədikdən sonra İstanbul Respublika Baş Prokurorluğuna müraciət edib, cinayət işi qaldırıb.

Ursada oxşar təcavüzə məruz qalan qızların ifadələri alınıb. İfadələrdə müəlliminin gənc qızları öpdüyü ortaya çıxıb.

İdman müəllimi ona qarşı irəli sürülən ittihamların heç birini qəbul etməyib.

Prokurorluq tərəfindən aparılan istintaqın sonunda İ.K.-ya “Uşaqlara qarşı cinsi istismar” maddəsi ilə cinayət işi açılıb. 17 ilə qədər həbs cəzası istənən İ.K.-nın işi Ağır Cəza Məhkəməsində mühakimə olunacaq.

Musavat.com