İstanbulun Fatih bölgəsində bir kişi gənc oğlana küt alət ilə hücum edib.
Editor.az parol.az-a istinadən xəbər verir ki, küt aləti əlində olan şəxsin hücum etdiyi gənc qızının sevgilisidir. Atanın qəzəbdən gözünü duman almasının səbəbi qızının ona “sevgilim məni təhqir etdi” deməsi olub.
Oğlan zərbələrindən güclə canını qurtara bilib. O, hadisə yerindən qaçmağı bacarıb.
Həmin anlar hadisə şahidi olan bir sakinin telefonunun kamerası ilə anbaan çəkilib.