Rusiya prezidenti Vladimir Putin Alyaskada Donald Tramp ilə keçirilən sammitdə səslənən ümidləri puça çıxarıb və Ukrayna müharibəsinin sülh yolu ilə həlli perspektivlərini dağıdıb.
Bu barədə New York Post yazır.
Editor.az xəbər verir ki, nəşrin məlumatına görə, Ankoricdə Moskva tərəfindən verilən vədlərə baxmayaraq, Kremlin yeni irəli sürdüyü ultimatumlar danışıqları mümkünsüz edir.
Rusiya xarici işlər naziri Sergey Lavrov NBC telekanalının Meet the Press verilişinə müsahibəsində bildirib ki, “Putinlə Ukrayna prezidenti Vladimir Zelenski arasında heç bir görüş planlaşdırılmır”. Onun sözlərinə görə, belə bir görüş yalnız Kremlin “gündəliyinə uyğun” ilkin razılaşma əldə ediləcəyi təqdirdə mümkün ola bilər.
//Samir Qurbanov, Editor.az

