Şok! “Real Madrid”in əfsanəsi Ermənistan millisinin baş məşqçisi ola bilər!backend

Şok! “Real Madrid”in əfsanəsi Ermənistan millisinin baş məşqçisi ola bilər!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfsanəvi ispan futbolçu Raul Ermənistan futbol komandasının yeni baş məşqçisi ola bilər.

Bu barədə yerli KİV məlumat yayıb. Belə ki, 47 yaşlı mentor genişlənmiş namizədlər siyahısına daxil edilib. Hazırda Raul “Real Madrid”in əvəzedici komandasına rəhbərlik edir.
Xatırladaq ki, üç həftədən bir qədər çox əvvəl Aleksandr Petrakov qeyri-qənaətbəxş nəticələrə görə Ermənistan millisinin məşqçisi postunu tərk etmişdi. O, 2023-cü ildən milli komandanı çalışdırır.

Dörd turdan sonra 4 xalla Ermənistan Millətlər Liqasının C Liqasının 4-cü qrupunda ikinci pillədə qərarlaşıb. Latviya eyni xala malikdir, lakin əlavə göstəricilərə görə Ermənistan yığmasından geri qalır. Dördlüyə 10 xalı olan Şimali Makedoniya başçılıq edir. Farer adaları 3 xalla dördüncü yerdədir.

//Samir Qurbanov, Editor.az