Şok: Saxta yolla pensiya alan deputatlar – Həbslər başladıbackend

Şok: Saxta yolla pensiya alan deputatlar – Həbslər başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Sosial müdafiə Fondundakı qanunsuzluqlar çərçivəsində aparılan istintaqla bağlı bəzi məqamlar üzə çıxıb.

Bu barədə Axar.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, DSMF-nin bəzi deputatlara yaşı çatmamasına və səhhətində heç bir problem olmamasına baxmayaraq, saxta yolla pensiyaya çıxartdığı bəlli olub.

Redaksiyaya sözügedən deputatların adları da təqdim edilib, onların arasında hazırda deputat fəaliyyətini davam etdirənlər də var.

Qeyd edilib ki, bu sənədlərin hazırlanmasında iştirak edən DSMF-nin sabiq vəzifəli şəxsi artıq saxlanılıb. Onunla bərabər daha bir neçə nəfərin də həbs olunacağı istisna edilmir.