Şok! S&P Global Rusiayaya texniki defolt elan etdibackend

Şok! S&P Global Rusiayaya texniki defolt elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sanksiyalar nəticəsində Rusiyanın valyuta ehtiyatlarına çıxışı bağlanıb.

Bu barədə Editor.az “Qolos Amerika”ya istinadən xəbər verir. Dünya üzrə hökumətlərin və özəl firmaların kredit qabiliyyətini izləyən S&P Global bildirib ki, Rusiya son bir əsrdə ilk dəfə olaraq xarici borcuna görə faiz ödənişlərini həyata keçirə bilməyib.

Sanksiyalar nəticəsində valyuta ehtiyatlarına çıxışı olmayan Rusiyanın rublla 649 milyon dollarlıq borcunu ödəməsindən sonra S&P Global texniki defolt elan edib. Faizlər aprelin 4-dək ödənilməli idi. Lakin Rusiya ödənişi rublla edib. Nəticədə, S&P Global bildirib ki, müqavilələrdə ödənişlərin ABŞ dolları ilə həyata keçirilməsi xüsusi olaraq nəzərdə tutulduğundan, rublla ödənişlərin kreditləşdirilməsi mümkün deyil. Onu da qeyd edək ki, texniki baxımdan, Rusiyaya may ayının ilk günlərindən əvvəl lazımi ödənişləri etmək və beləliklə, formal defoltdan qaçmaq imkanı verən 30 günlük “güzəşt” müddəti var. Bununla belə, S&P Global hesab edir ki, daha da sərtləşəcək sanksiyalar səbəbindən Rusiyanın may ayında ödənişləri həyata keçirə biləcəyi inandırıcı görünmür.