Ukrayna və Polşa bitki yağının nəqli üçün boru kəmərinin yaradılması barədə razılığa gəliblər.
Editor.az bildirir ki, bu barədə “Polşa radiosu” məlumat yayıb. Ölkələr Ukraynanın bitki yağlarının Qdansk limanına çatdırılması üçün transsərhəd boru kəməri layihəsi üzərində birgə işləyəcəklər. Polşa tərəfi layihənin inkişafı ilə bağlı Ukrayna ilə memorandum imzalamağa razılaşıb.
Razılaşma avtomatik olaraq daha üç il uzadılması ilə üç il müddətinə bağlanacaq. Hər iki ölkə layihənin mümkün variantlarını təqdim edəcək işçi qrupu yaradacaq.
“Memorandumun həyata keçirilməsi Ukrayna ixracının qismən blokdan çıxmasına kömək edəcək və aclıq təhlükəsi ilə üzləşən inkişaf etməkdə olan ölkələrin ərzaq təhlükəsizliyini təmin edəcək. Bu, Avropaya miqrasiya təzyiqini də azaltmalıdır”, – hesabatda deyilir.
Xatırladaq ki, hazırda Ukrayna taxıl dəhlizi ilə günəbaxan yağı da ixrac edir.
//Samir, Editor.az

