Kremlin top-təbliğatçısı Vladimir Solovyov etiraf edib ki, müharibə uzanacaq ki, bu da Rusiya ordusunda hərbi xidmət müddətinin artırılmasının zəruriliyi deməkdir.
Editor.az xəbər verir ki, bu barədə o, federal kanalın efirində deyib. “Başa düşmək lazımdır ki, müharibə uzun sürəcək. Düzdür, indi xalq milisi ilə işə başlayıblar. Özümüzü aldatmağımız bəsdir, orduda neçənci ildir? , Aydın məsələdir ki, orduda xidmət müddəti uzadılmalıdır.
Təlim görümüş əsgərlər bir ildən sonra mülki həyata keçirlər, ölkə müharibə vəziyyətindədir. Bu, hər altı ayda 140 min deməkdir”, – Solovyev bildirib. O əlavə edib ki, bu 140 min təlim keçmiş rus adamı ukraynalıların qətlinə qoşula bilər. Maraqlı budur ki, artıq Solovyovun dodaqlarından “Kiyevi üç günə alacağıq” şüarı səslənmir. Onu da xatırladaq ki, Dövlət Dumasının deputatı Mixail Şeremet də orduda hərbi xidmət müddətinin iki ilədək artırılmasını istəyib. Lakin onun təklifinə hələ baxılmayıb.
//Samir Qurbanov, Editor.az

