Jurnalist, “Ermənistan” müxalifət blokunun üzvü Ayk Xalatyan “Solovyov Live”nin efirində heç bir əsas, sübut göstərmədən Rusiyanı kəskin tənqid edib. Kremli Azərbaycan və Ermənistan sərhəddində yaşanan gərginliyə görə ittiham edib. “Əgər məndə öz müttəfiqlərini müdafiə etmək iqdiradında olmayan dövlət ilə ittifaqın məqsədəuyğun olmadığı barədə sual ortaya çıxırsa, gör onda sıravi vətəndaşlar nə fikirləşir?
Onlar haqlı olaraq 102-ci hərbi baza, KTMT və Avrasiya İqtisadi İttifaqında təmsilçiliyin nə üçün lazım olduğunu sual edir. Ən gərgin vaxtda Rusiya biz kömək etmək istəmirsə, o zaman bunlar nə üçündür?” deyə sualla çıxış edib.
Özünü rusiyapərəst adlandıran erməni jurnalist Rusiyanı bununla da hədəfə alıb. Odun üstünə yağ tökən isə daha bir ittiham olub. Onun sözlərinə görə, Rusiyanın dostu olmaq artıq “uğursuz” sözünə sinonimdir.
Maraqlıdır ki, verilişin müəllifi erməni jurnalistin ittihamlarına, anti-Rusiya isterikasına davam gətirməyərək onu efirdən ayırıb.

