Solovyovun efirində şok-olay: rusiyalı deputat Belqorodu bombalamağa çağırdıbackend

Solovyovun efirində şok-olay: rusiyalı deputat Belqorodu bombalamağa çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Andrey Qurulev Ukrayna ilə sərhəddə yerləşən Belqorod Şebekino qəsəbəsini “bombalamağa” çağırıb.

Editor.az bildirir ki, bu təklifi eşidən təbliğatçı Vladimir Solovyov gözlərini yerindən belə tərpətməyib. Sosial şəbəkədə yayımın fraqmenti peyda olub. Veriliş zamanı Qurulev sərhəd Şebekinoya gələn “uçuşları” şərh edib. Onun sözlərinə görə, bununla köklü şəkildə mübarizə aparılmalıdır – Şebekinonu hava bombaları ilə dağıtmaq lazımdır.

“Boğmaq və nöqtəyə dəqiq vurmaq lazımdır. Xüsusilə, Şebekinoda. Düşünürəm ki, aviasiya bu işi lazımınca həll edəcək. Belə davam edə bilməz”, – Qurulev deyib. Solovyov çaşqın vəziyyətdə “Xarkov və Xarkov quberniyasını götürməklə” ukraynalılar üçün problemlər yaradılmalı olduğunu söyləyib.

//Samir Qurbanov,Editor.az