Solovyovun ölkəmizə qarşı qərəzli münasibəti: “Rusiya elitası daxilində Azərbaycanı sevməyən qüvvələr var”- Azər Ayxan ŞƏRH EDİRbackend

Solovyovun ölkəmizə qarşı qərəzli münasibəti: “Rusiya elitası daxilində Azərbaycanı sevməyən qüvvələr var”- Azər Ayxan ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vladimir Solovyovun Azərbaycanla bağlı mövqeyi iki istiqamətdə təhlil olunur. Birincisi o, erməni lobbisinin sifarişi və təhriki ilə bu addımları atır. Vaxtilə Vətən müharibəsi zamanı da Azərbaycana qarşı çox ağır ittihamlar irəli sürürdü. Sözügedən şəxs hər zaman ölkəmizə qarşı informasiya təxribatının başında duranlardan olub. Məlum olduğu kimi, Solovyov ermənilərə yaxınlığı ilə tanınır. İkinci bir istiqamətdə isə Rusiya elitası daxilində Azərbaycanı sevməyən qüvvələr də Solovyovun ölkəmizə qarşı çirkin kampaniyasına dəstək verə bilərlər. Digər tərəfdən Solovyov özü də antiAzərbaycan mövqeyili bir insandır. Bunun da müxtəlif səbəbləri var”.

Bu fikirləri Editor.az-a açıqlamasında Qlobal Media və Siyasət Araşdırmaları Mərkəzi sədri, əməkdar jurnalist Azər Ayxan deyib.

Onun sözlərinə görə, Solovyov Azərbaycana qarşı qərəzli kampaniyanın başında dayanan jurnalistlərdəndir:

” Rusiya hakimiyyəti ilə Azərbaycan hakimiyyəti arasında siyasi, iqtisadi, hərbi sahədə ciddi əlaqələr var. Xüsusilə də son illər iki ölkə Prezidenti tərəfindən bu münasibətlər ciddi şəkildə inkişaf etdirilir. Rusiyanın Baş nazirinin Azərbaycana son səfərində də iki ölkə arasında xüsusilə iqtisadi sahədə əldə olunan nailiyyətlər vurğulandı və Azərbaycan mediası bunu geniş şəkildə işıqlandırdı. Birbaşa Putin administrasiyası tərəfindən Solovyova qərəzli mövqeyi ilə bağlı tapşırıq verilməsinə inanmıram. Bunu şərtləndirən səbəbləri də istisna edirəm. Çünki Azərbaycanla Rusiya arasında anlaşılmayan məsələ yoxdur ki, Putin administrasiyası belə bir ucuz variantlara əl atsın. Rusiyada ayrı-ayrı qruplar Azərbaycana qarşı qərəzli mövqe tuta bilər, ancaq biz öz haqq yolumuzdan heç vaxt dönməyəcəyik.

//Gülnarə Abasova, Editor.az