“Solovyovun təxribatçı açıqlamalarına qiymət verilsin” – Rusiyalı deputatdan müraciətbackend

“Solovyovun təxribatçı açıqlamalarına qiymət verilsin” – Rusiyalı deputatdan müraciət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Dövlət Dumasının deputatı Tamara Pletnyova Ümumrusiya Dövlət Televiziya və Radio yayımı Şirkətinin baş direktoru Oleq Dobrodeyevə müraciət edərək “Rossiya-1” telekanalının aparıcısı Vladimir Solovyovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı münasibətinə qiymət verilməsini xahiş edib.

Editor.az Trend-ə istinadən xəbər verir ki, deputat bildirib ki, V.Solovyov münaqişə müddətində tez-tez təxribatçı açıqlamalarla çıxış edib.

Qeyd olunub ki, V.Solovyov obyektivlik prinsiplərinə əməl etmək əvəzinə Dağlıq Qarabağda döyüşən tərəflərdən birinin mövqeyini dəstəkləyib:

“Solovyov və onun dəvət etdiyi qonaqlar Azərbaycan və Türkiyə barəsində xoşagəlməz çıxışlar edərək açıq şəkildə Ermənistanın tərəfini saxlayıb”.