Şolts: “AB ilə Türkiyə arasında yaxınlaşmadan ümidliyəm”backend

Şolts: “AB ilə Türkiyə arasında yaxınlaşmadan ümidliyəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Olaf Şolts paytaxt Berlində ənənəvi olaraq yay tətili öncəsi keçirilən mətbuat konfransında 90 dəqiqə ərzində gündəmdə olan müxtəlif mövzularda mətbuat mənsublarının suallarını cavablandırıb.

Editor.az xəbər verir ki, baş nazir Şolts görüşdə bildirib ki, qarşıdakı dövrdə Avropa İttifaqı (AB) ilə Türkiyə arasında yaxınlaşmanın olacağına ümidvardır.

O, AB ilə Türkiyə, Almaniya ilə Türkiyə arasındakı əlaqələrin yaxşı mənada inkişaf etdirilməsi üçün səy göstərəcəyini bildirib. İyun ayında keçiriləcək AB zirvəsindən əvvəl AB Komissiyasının Türkiyə ilə münasibətlərin vəziyyəti ilə bağlı əhatəli hesabat təqdim etməsini istədiyini xatırladan Şolts bu təklifin yeni, daha yaxşı və daha da inkişaf etmiş əlaqələr üçün yeni bir başlanğıc etmək ümidi ilə əlaqəli olduğunu söyləyib.

//Gülnarə Abasova, Editor.az