Şolts ABŞ Konqresinə müraciət edərək Ukraynaya yardım istəyibbackend

Şolts ABŞ Konqresinə müraciət edərək Ukraynaya yardım istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Olaf Şolts ABŞ Konqresinə müraciət edərək Ukraynaya yardımın ayrılması ilə bağlı razılığa gəlib.

Editor.az “Die Zeit” ə istinadla xəbər verir ki, o, bu barədə ABŞ-a səfərindən əvvəl açıqlama verib. “Mən həqiqətən ümid edirəm ki, Birləşmiş Ştatlar və Amerika Konqresi tezliklə lazımi dəstəyi maliyyə baxımından mümkün etmək qərarına gələcəklər”, – Şolts bildirib. Onun nöqteyi-nəzərindən Rusiya ümid edir ki, Qərb Ukraynaya dəstəyi dayandıracaq, ona görə də ABŞ və Avropa ölkələri Moskvanın planlarının baş tutmaması üçün çoxlu töhfə verməlidir.

Kansler vurğulayıb ki, Avropa Ukraynanı dəstəkləməyə davam etməlidir və Avropa Şurasının yaxın bir neçə ildə Kiyevə büdcə dəstəyi üçün vəsaiti təsdiqləməsi vacibdir. O xatırladıb ki, Almaniya 2024-cü ildə Kiyevə silah tədarükünü təmin etmək üçün 7 milyard avrodan çox vəsait ayıracaq.

//Gülnarə Abasova, Editor.az