Almaniya kansleri Olaf Şolts ölkəsində artıq nüvə enerjisindən istifadə edilməyəcəyini bildirib.
Editor.az xarici mediaya istinadən bildirir ki, o, nüvə enerjisinə son qoyulması qərarının illər əvvəl alındığını xatırladıb.
“Bu, qanunla mərhələli şəkildə ləğv edilib. Əgər yeni atom elektrik stansiyaları tikmək istəyirsinizsə, bu, 15 il çəkəcək və hər birinə 15-20 milyard avro xərcləməli olacaqsınız. Külək enerjisi, günəş enerjisi, hidroelektrik və biokütlə enerjisinə əsaslanan enerji təchizatı ilə bərpa olunan enerjiləri genişləndirməklə biz elektrik enerjisinə olan tələbatımızın 80 faizini və tezliklə lazım olan bütün hissəni ödəmək istəyirik. Hazırda tutduğumuz yol budur”,-deyə o bildirib.
//Safura Bənnayeva, Editor.az