Şolts Almaniyadakı koalisiya böhranının səbəbini açıqlayıb: Ukraynaya dəstəkbackend

Şolts Almaniyadakı koalisiya böhranının səbəbini açıqlayıb: Ukraynaya dəstək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Olaf Şolts koalisiyanın maliyyə naziri Kristian Lindnerin istefasını istəməsindən sonra başlayan güc böhranının səbəbini açıqlayıb.

Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

“Lakin bu dəstəyin keçmiş maliyyə nazirinin təklif etdiyi kimi təqaüdçülərin hesabına ödənilməsinə icazə verilə bilməz”, – Şolts mətbuata açıqlamasında bildirib. Almaniyada koalisiya keçən həftə maliyyə naziri Kristian Lindnerin hakim koalisiyanın varlığını şübhə altına ala biləcək iqtisadi tədbirləri ehtiva edən sənəd hazırlaması ilə sarsıldı. Daha sonra baş nazir Şolts Lindnerin istefasını istədiyini bildirib və ölkəyə zərər verməmək üçün bunu etməli olduğunu söyləyib.

Şolts deyib: “Biz Ukraynanın ən böyük dəstəkçisiyik və onun yanında olmağa davam edirik. Amma keçmiş maliyyə nazirinin təklif etdiyi kimi, bu dəstəyin pensiyaçıların hesabına ödənilməsinə icazə vermək olmaz”.

//Gülnarə Abasova, Editor.az