Şolts: “Biz bir-birimizi dəstəklədikcə daha güclü oluruq”backend

Şolts: “Biz bir-birimizi dəstəklədikcə daha güclü oluruq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Olaf Şolts Bundestaqdakı çıxışında Almaniyanın son 8 ayda enerji təchizatını yenidən təşkil edərək Rusiya qazı və neftindən asılı olmadığını bildirib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Almaniyada qaza qənaət edildiyini qeyd edən Şolts qaz qiymətlərinin Rusiya-Ukrayna müharibəsindən əvvəlkindən daha aşağı düşdüyünü bildirib.

“Hazırda güclü yeni enerji infrastrukturunun qurulması vacibdir, çünki bu böhranda bir-birimizi dəstəklədiyimiz zaman nə qədər güclü olduğumuzu sübut etdik”,-deyə o, bildirib.

Martın 23-24-də Brüsseldə keçiriləcək Avropa İttifaqı (Aİ) Liderlər Zirvə toplantısında enerji məsələsinin hərtərəfli müzakirə ediləcəyini bildirən kansler Avropanı təkcə növbəti qışa deyil, həm də gələcək illər üçün hazırlayacaqlarını vurğulayıb. O qeyd edib ki, uzunmüddətli perspektivdə Almaniya yalnız bütövlükdə Avropa güclü olduqda rəqabət qabiliyyətli iqtisadiyyata sahib ola bilər.

//Safura Bənnayeva, Editor.az