Şolts Rusiya ilə danışıqlara başlamaq üçün çətin şərtlər irəli sürdübackend

Şolts Rusiya ilə danışıqlara başlamaq üçün çətin şərtlər irəli sürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Olaf Şolts Ukraynanın arxasında Rusiya ilə heç bir danışıqların olmayacağını vurğulayıb. Şolts bildirib ki, Rusiya qoşunları Ukraynada olduğu müddətdə Rusiyanın yeni hücumu təhlükəsi qalacaq və buna görə də danışıqlar prosesi üçün rus qoşunlarının çıxarılması çox vacibdir. Editor.az xarici mənbələrə istinadla xəbər verir ki, bu barədə kansler Braziliya prezidenti Lula da Silva ilə keçirdiyi mətbuat konfransında Rusiya ilə danışıqlara başlamaq imkanını şərh edərkən deyib.

Əvvəllər Ukrayna prezidenti Vladimir Zelenskini Rusiyanı işğala təhrik etməkdə dolayı ittiham edən Lula bunun müqabilində “sülhməramlı” rolunu oynamağa və müharibə edən ölkələri “sülhə” doğru sövq etməyə hazır olduğunu bildirib. DW-nin fikrincə, Ukraynada müharibənin hər iki tərəfi ilə danışıqlar masası arxasına oturmaq üçün güclü və mühüm ölkələr qrupunun formalaşdırılmasına ehtiyac var. Lula əlavə edib ki, bu məsələni həm Almaniya, həm də Fransa ilə müzakirə edib.

Sülh danışıqları ilə bağlı yeni danışıqlar Rusiyanın Ukraynaya qarşı yeni hücuma hazırlığı və Kiyevin Qərbdən tez bir zamanda daha çox hücum silahı göndərməyi xahiş etdiyi Ukraynanın bir sıra bəyanatları fonunda davam edir.

//Gülnarə Abasova, Editor.az