Şolts Ukrayna ilə bağlı seçdiyi siyasətdən qürur duyduğunu bildiribbackend

Şolts Ukrayna ilə bağlı seçdiyi siyasətdən qürur duyduğunu bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Almaniya Ukrayna münaqişəsi ilə bağlı seçdiyi siyasətdən çox qürur duyur və bu siyasətin Kiyevə böyük məbləğdə yardımın göstərilməsini və gərginliyi artıracaq qərarların qəbul edilməməsini ehtiva edir”.

Editor.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts ARD telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, xüsusi hərbi əməliyyata başlayandan sonra Almaniya Ukraynaya ciddi dəstək verməyə başlayıb. Noyabr ayında Almaniya Xarici İşlər Nazirliyi Almaniyanın Kiyevə dəstək üçün ümumilikdə 37,32 milyard avro xərclədiyini açıqlamışdı. Bu göstərici ilə Almaniya ABŞ-dan sonra ikinci yerdədir.

//Gülnarə Abasova, Editor.az