Almaniya kansleri Olaf Şolts Avropa Birliyi ölkələrinin Ukraynaya yardım üçün etdiyi kiçik töhfələrdən narahat olub. Editor.az xəbər verir ki, bu barədə The Telegraph yazır. Nəşr qeyd edib ki, Almaniya Ukraynaya kifayət qədər kömək etmədiyi üçün İspaniya, İtaliya və Fransadan getdikcə daha çox məyus olur. Materialın müəllifi qeyd edib ki, Berlin Ukraynanın beynəlxalq sponsorları arasında Vaşinqtondan sonra ikinci yerdədir.
Jurnalistlər öyrəniblər ki, Şolts müttəfiqlərə təzyiq göstərmək üçün Avropa rəsmilərini hər ölkədən Ukraynaya planlaşdırılan silah tədarükünün siyahısını tərtib etməyə çağırıb.
Bundan əvvəl Kuleba demişdi ki, Qərb müttəfiqlərinin yardımı dayandırılarsa, Kiyev məğlub ola bilər və Moskva buna nail olacaq.
//Gülnarə Abasova, Editor.az

