Publika.az “Ukrinform”a istinadla xəbər verir ki, bunu Kiyevdə Ukrayna, Fransa, İtaliya və Rumıniya liderləri ilə birgə mətbuat konfransında Almaniya kansleri Olaf Şolts bildirib.
“Yalnız Ukrayna – Prezident, hökumət, parlament, Ukrayna xalqı – təəssüf ki, hələ də çox, çox uzaqda olan sülh üçün nəyin doğru olduğuna qərar verir. Rusiya başa düşməlidir ki, onun diktəsi ilə sülhü bərqərar edə bilməyəcək, ukraynalıların üzərinə öz şərtlərini qoya bilməyəcək. Bu, nə ukraynalılar, nə də bizlər tərəfindən qəbul edilməyəcək”, – Almaniyanın baş naziri bildirib .
O qeyd edib ki, Ukrayna güclü müdafiəyə malik olmalıdır: “Bu gün ölkənin müasir silahlara ehtiyacı var, ona görə də Almaniya və onun tərəfdaşları onu Ukrayna hərbçilərinin Almaniyada idarə etmək üçün öyrədildiyi uzaqmənzilli müasir silahlarla təmin edəcəklər”.
Bu kontekstdə Şolts Ukrayna tərəfinin tələb etdiyi IRIS-T hava hücumundan müdafiə sistemlərini xatırladıb:
“Söhbət uzaq məsafədən mühafizənin təşkilindən gedir. Silahlı Qüvvələri yaylım atəşi sistemləri ilə təmin etməyə razılaşan tərəfdaşlar, ABŞ və Böyük Britaniya ilə iş aparılır”.

