Şolz G7 sammitinin Ukrayna müharibəsi ilə bağlı əsas mövzularından birini səsləndiribbackend

Şolz G7 sammitinin Ukrayna müharibəsi ilə bağlı əsas mövzularından birini səsləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynanı bərpa etmək üçün milyardlarla dollar lazım olacaq”. Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz deyib.

Almaniya kanslerinin sözlərinə görə, Ukraynanın bərpası avropalıların bir yox, bir neçə nəslinin işi olacaq.

G7 sammitində ölkə liderləri Kiyev üçün “Marşal planı”nı müzakirə edəcəklər. Şolz qeyd edib ki, planın həyata keçirilməsi üçün Avropa ölkələrinin və digər donorların konsolidasiyası lazımdır. O, hesab edir ki, bu planın strukturu baxımından çox vacibdir.

Almaniya kansleri onu da bildirib ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə birlikdə Ukraynanın bərpası ilə bağlı ekspertlər konfransı təşkil edəcəklər.

//Gülnarə Abasova, Editor.az