Somali prezidenti Məhəmməd Abdulla Fermacu mayın 15-də keçiriləcək prezident seçkilərində ikinci müddətə namizədliyini irəli sürəcəyini açıqlayıb.
Editor.az “AA” ya istinadən xəbər verir ki, prezident Fermacu Twitter hesabında yayımladığı qısa video ilə xalqa müraciətində bu barədə danışıb.
Somali xalqının çağırışı ilə yenidən prezidentliyə namizəd olmaq qərarına gəldiyini söyləyən Fermacu başladığı tərəqqi və inkişaf yolunda davam etməkdə qərarlı olduğunu söyləyib.
Keçmiş Somalinin prezidenti Şərif Şeyx Əhməd də Twitter hesabında “15 may 2022-ci ildə keçirilməsi planlaşdırılan prezident seçkilərində rəsmi olaraq namizəd kimi qeydiyyatdan keçdiyini söyləyib.
Qeyd edək ki, Somali Seçki Komitəsi ölkədə siyasi böhrana səbəb olan və aylarla təxirə salınan prezident seçkilərinin mayın 15-də keçiriləcəyini açıqlayıb. Mayın 15-də ölkədə keçiriləcək prezident seçkilərində prezident Fermacu, keçmiş prezident Əhməd və keçmiş baş nazir Həsən Əli Hayri də daxil olmaqla, 8 nəfər yarışacaq. Onu da bildirek ki, Fermacunun səlahiyyət müddəti 2021-ci il fevralın 8-də başa çatıb.
//Gülnarə Abasova, Editor.az

