Mayın 3-də Somalidə “əş-Şəbab” terror təşkilatı Afrika İttifaqının “Somali Keçid Missiyası” adı altında fəaliyyət göstərən sülhməramlı qüvvələrinin bazasına hücum təşkil edib.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumda həyatını itirənlərin sayı 10 nəfərə yüksəlib.
Bu gün isə Burundi ordusunun hadisə ilə bağlı yaydığı məlumatda bildirilib ki, hücum zamanı həyatını itirənlər sülhməramlı qüvvələrin tərkibində olan Burundi əsgərləridir. Eyni zamanda, sülhməramlı qüvvələrin 25 əsgəri yaralandığı, 5 əsgərinin isə itkin düşdüyü qeyd edilib.
Qeyd edək ki, hücum zamanı sülhməramlılar tərəfindən 20 “Əş-Şəbab” üzvünü zərərsizləşdirib.
//Nəzərbəy, Editor.az

