Son 12 ildə ilk dəfə: Rəcəb Tayyib Ərdoğanın İraqa gedirbackend

Son 12 ildə ilk dəfə: Rəcəb Tayyib Ərdoğanın İraqa gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə və İraq Rəcəb Tayyib Ərdoğanın İraqa gözlənilən səfərini müzakirə edirlər.

Editor.az bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat verib. “Sabah İraq Xarici İşlər Nazirliyində həmkarlarımızla görüşlər keçirib, ikitərəfli əlaqələri müzakirə edəcəyik. Yaxın gələcəkdə baş tutacaq xarici işlər nazirlərinin görüşünə, eləcə də prezidentimizin İraqa səfərinə hazırlıq görəcəyik”, – nazir müavini Əhməd Yıldız deyib.

O əlavə edib ki, dövlət başçısının səfəri aprelin sonuna qədər baş tutacaq. Nazir müavini onu da xatırladıb ki, Ərdoğan sonuncu dəfə 2012-ci ildə baş nazir vəzifəsində çalışarkən İraqa səfər edib. “O andan etibarən İraq rəhbərliyinin Ankaraya səfərləri olub, lakin dövlət səviyyəsində deyil. İndi belə bir səfərin vaxtı çatıb”, – Əhməd Yıldız yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az