Son 24 saat ərzində Rusiya ordusuna məxsus çox sayda hərbi texnika məhv edildibackend

Son 24 saat ərzində Rusiya ordusuna məxsus çox sayda hərbi texnika məhv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 24 saat ərzində Ukrayna Müdafiə Qüvvələri rus işğalçılarının texnikasının daha bir partiyasını vurub.

Editor.az bildrir ki, bu dəfə “S-300” hava hücumundan müdafiə sistemi Ukrayna ordusunun hücumuna məruz qalıb. “Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində düşmənin şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi ərazilərə 7 zərbə endirib.

Ukraynalı müdafiəçilər həmçinin əməliyyat-taktiki səviyyəli iki kəşfiyyatçı pilotsuz uçuş aparatını məhv ediblər”, – Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook sosial şəbəkəsində verilən məlumatda bildirilir.

Bundan əlavə, Ukrayna raket qüvvələrinin bölmələri düşmənin “S-300” zenit-raket kompleksini və 6 artilleriya silahını məhv edib.

Rusiya ordusu isə Ukrayna qoşunlarının mövqelərinə və yaşayış məntəqələrinə reaktiv yaylım atəşi sistemlərindən 44 hava zərbəsi endirib və 27 hücum həyata keçirib.

//Samir Qurbanov, Editor.az