Son 4 ildə “Qarabağa Böyük Qayıdış”: “Bu istiqamətdə çox böyük uğurlara imza atıldı”backend

Son 4 ildə “Qarabağa Böyük Qayıdış”: “Bu istiqamətdə çox böyük uğurlara imza atıldı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

“”Azərbaycan son 4 ildə milli məsələlərdə, xüsusilə, “Qarabağa Böyük Qayıdış planı” istiqamətində çox böyük uğurlara imza atdı. Təbii ki, bu mərhələ elə də asan keçilmir. Milyardlarla vəsait Qarabağın bərpasına gedir. Burada həm də unutmayaq ki, Azərbaycan təkbaşına bu prosesi aparır. Heç bir xarici dəstəyimiz yoxdur. Halbuki, özünü humanist göstərən beynəlxalq qurumlar harada bu tipli proseslər gedirsə, böyük vəsait ayıraraq dəstək olurlar. Bizim heç onların belə dəstəyinə də ehtiyacımız yoxdur. Amma həqiqəti deməliyik”.

Bunu Editor.az-a açıqlamasında AĞ Partiya funksioneri, siyasi şərhçi Cavanşir Abbaslı deyib. O, Azərbaycanın təkbaşına apardığı bərpa quruculuq işlərinin miqyasının çox böyük olduğuna toxundu:

“Biz 4 il öncə Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi, güclü qətiyyəti və qəhrəman Azərbaycan Ordusunun igidliyi sayəsində həsrətində olduğumuz yerləri azad etdik. Dünyaya nə qədər qəhrəman xalq olduğumuzu göstərdik. Nümayiş etdirdiyimiz milli birlik isə, tarix boyu unudulmayacaq. Bu gün Azərbaycan insanının ayaq səsləri o müqəddəs yerlərdə duyulur. Demək olar ki, hər həftə köç karvanları ard-arda Qarabağa yola salınır. Azərbaycan insanının öz dədə-baba yurdlarına qayıdışı zamanı onların gözlərindəki sevinci hər birimiz görürük. Bu istiqamətdə 2030-cu ilə qədər qarşıya qoyulan bütün hədəflərə çatılacaq. Biz təkcə Qarabağa deyil, Qərbi Azərbaycana da qayıdışı əsas hədəflərdən biri kimi qarşımıza qoymuşuq. Bu istiqamətdə yaradılan Qərbi Azərbaycan İcmasının gördüyü işlər də yüksək qiymətləndirilməlidir. Hesab edirəm ki, bundan sonra Qarabağa Qayıdış prosesi daha da sürətlə aparılacaq. Çünki, indiyə qədər köç prosesi ilə yanaşı həm də minatəmizləmə prosesi də aparılırdı. Bu proses hələ bitməyib və gələn il tam bitəcəyinə ümid edirik. Təkcə məcburi köçkünləri öz doğma yurdlarına qaytarmaqla iş bitmir ki. Onların öncəliklə həyatı təhlükəsizlikləri də təmin olunmalıdır. Azərbaycan dövləti də bunu öncəliklə edir. Heç kəs düşünməsin ki, Böyük Qayıdış prosesi ləng gedir. Öncəliklə bu prosesin miqyasına baxmaq lazımdır. Azərbaycan kimi dövlətin təkbaşına bunun öhdəsindən gəlməsi həm də bir möcüzədir. Biz dövlət olaraq son 4 ildə əldə etdiyimiz uğurlar sadəcə bir şərəfli və unudulmaz tarixdir. Bunları hər addımbaşı qürurla sadalamalıyıq. 2020-ci ildə biz 20 faiz torpağımızın azad olunması ilə kifayətlənmədik. Sonrakı illərdə bu uğurları təkrarlamağa başladıq. Biz 2023-cü il sentyabrın 19-20-dəki antiterror əməliyyatı ilə separatçıların yuvasını dağıtdıq, Xankəndini azad etdik. Bu gün biz Xankəndi kimi tarixi şəhərimizə qovuşmuşuq. Bu il əvvəl əvvəlcə rus qoşunlarını ərazilərimizdən çıxardıq, ardınca da Qazaxın 4 kəndini geri qaytardıq. İndi Ermənistan tərəfdə hələ də qalan 4 kəndimiz var. Qazaxın 3 kəndi və Naxçıvanın 1 kəndi. Tezliklə o kəndlərə də qovuşacağıq. Buna heç kəsin qəti şübhəsi olmasın. Bu ili uğurla başa vururuq. Təəssüflər olsun ki, ilin son günlərində böyük faciə yaşadıq. Gələn ilə ümidlə gedirik”.

Partiya funksioneri gələn il barədə də çox ümidli və inamlı danışdı: “İnanırıq ki, 2025-ci ildə hər birimizin gözlədiyi sülh müqaviləsi əldə olunacaq. Bu müqavilənin Azərbaycanın şərtlərinin qəbul edilməsi fonunda baş tutacağına şübhəmiz yoxdur. Çünki, ortada dəmir iradəyə sahib Azərbaycan prezidentinin qətiyyəti var. Bir qarış torpağımızın belə düşməndə qalmayacağını hər zaman bəyan edən Müzəffər Ali Baş Komandan diplomatik masada da qətiyyət nümayiş etdirir. 2025-ci ildə xalqımıza unudulmaz bir il yaşamağı arzulayırıq. İnşallah, bütün milli məsələlərimizin tamamilə həll edildiyi bir il kimi tariximizə yazılar. İqtisadiyyatımız inkişaf etməkdə, dövlətimiz isə daha da güclənməkdə davam etsin”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.