Son 6 ayda ilk: Ərdoğanla Makron danışıqlar aparacaqbackend

Son 6 ayda ilk: Ərdoğanla Makron danışıqlar aparacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Prezidenti Emmanuel Makron çərşənbə axşamı günü axşam saatlarında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla videokonfrans formatında danışıqlar aparacaq.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Frace-Presse” agentliyi Makron administrasiyasına istinadən xəbər verir.

Məlumata əsasən, bu, iki liderin son yarım ildə birinci danışıqları olacaq. Videokonfrans yerli vaxtla saat 18:00-a planlaşdırılıb, onun nə qədər davam edəcəyi məlum deyil.

Agentlik danışıqlar zamanı hansı məsələlərin qaldırılacağını dəqiqləşdirmir, lakin iki lider arasında olan çoxsaylı fikir ayrılığı və qiyabi polemika barədə xatırladır.