Son beş ildə ilk dəfə olaraq ABŞ-da qripdən ölənlərin sayı COVID-19-dan ölənlərin sayından çoxdurbackend

Son beş ildə ilk dəfə olaraq ABŞ-da qripdən ölənlərin sayı COVID-19-dan ölənlərin sayından çoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da bu qış mövsümi qripdən ölənlərin sayı son beş ildə ilk dəfə olaraq COVID-19 virusundan ölənlərin sayını ötüb. B

Editor.az Bloomberg-ə istinadla xəbər verir ki, bunu ABŞ Səhiyyə Nazirliyinə bağlı Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi açıqlayıb. “Bu qış qrip COVID-19-u geridə qoyaraq ABŞ-da ən ölümcül virusa çevrilir. Artıq beş ildə ilk dəfə olaraq mövsümi xəstəlik pandemiya patogenini üstələyib”, – agentliyin məqaləsində deyilir. Mediada yayılan məlumatlara görə, bu mövsümdə ən çox yayılmış virus növləri H1N1 və H3N2, ikinci növ isə daha ciddi xəstəliklərə səbəb olur. COVID-19 2020-ci ildə ABŞ-da geniş yayılandan bəri qripdən təxminən 42 dəfə çox insanın ölümünə səbəb olub. Lakin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) yeni məlumatları göstərir ki, bu il vəziyyət dəyişib.

Mərkəzin məlumatına görə, ABŞ-da keçən payızdan bəri ən azı 29 milyon insan qripə yoluxub, onlardan 370 mini xəstəxanaya yerləşdirilib, 16 mini ölüb. Eyni zamanda, koronavirusdan ölüm hallarında da azalma qeydə alınıb. Mütəxəssislər bunun səbəbini insanların peyvənd və ya əvvəlki xəstəlik nəticəsində yaranan immunitetlə izah edirlər. CDC həmçinin bildirir ki, SARS-CoV-2 virusunun özündə olan mutasiya da mühüm rol oynayır və artıq əvvəlki kimi ciddi fəsadlara səbəb olmur.

San Fransisko Kaliforniya Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi və professoru Peter Chin-Hong hesab edir ki, mövsümi qripdən ölüm hallarının artması peyvəndlərin aşağı olması və vaxtında müalicəyə başlanmaması ilə bağlıdır.

//Gülnarə Abasova, Editor.az