SON DƏQİQƏ: Tramp – Putin görüşünün vaxtı bilindi: Plan nədir?backend

SON DƏQİQƏ: Tramp – Putin görüşünün vaxtı bilindi: Plan nədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“The Washington Post”un yazdığına görə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Ukraynadakı vəziyyəti müzakirə etmək üçün gələn il danışıqların keçirilməsi planlaşdırılır.

Nəşr bildirir ki, jurnalistlərin “özünü alfa kişi adlandıran geosiyasi liderlərin” görüşü kimi qələmə verdiyi bu görüşdə əsas diqqət Moskva ilə Kiyev arasındakı münaqişənin həllinə yönələcək.

“The Washington Post” Rusiya diplomatiyasındakı mənbəyə istinadən bildirir ki, Moskva döyüş meydanında üstünlüyünü hiss edərək, güzəştə getməyə hazır deyil və danışıqlarda güc mövqeyini rəhbər tutacaq. Bununla belə, mənbə əlavə edir ki, Rusiya “qitənin gələcək təhlükəsizlik arxitekturasında” dəyişiklik müqabilində ərazi iddiaları ilə bağlı bəzi güzəştlərə gedə bilər. “Tramp-Putin sammiti dünyanı təsir sferalarına bölməklə yanaşı, Rusiyanın Ukrayna, Gürcüstan və digər NATO üzvü olmayan keçmiş sovet qonşuları üzərində üstünlüyünə zəmanət verə bilər. Bu, NATO-nu məhdudlaşdıracaq və Avropanın təhlükəsizliyini təhlükə altına atacaq”, – nəşr yazır.

Bununla belə, qəzet qeyd edir ki, razılığa gəlmək “Putinin sərt mövqeyi” və Trampın “zəif görünməmək” istəyi səbəbindən çətin olacaq.

//Samir Qurbanov, Editor.az