SON DƏQİQƏ: Abdin Fərzəliyev həbs edilib? – FOTObackend

SON DƏQİQƏ: Abdin Fərzəliyev həbs edilib? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə hüquq mühafizə orqanlarının Nəriman rayon İcra Hakimiyyətində xüsusi əməliyyat keçirməsi ilə bağlı məlumatlar yayılıb.

Yayılan məlumatlar arasında Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin həbs edilməsi ilə bağlı informasiyalar da var.

Xəbərlərdə o da bildirilir ki, rayonun icra başçısı və İH-nin yüksək səlahiyyətli vəzifəliləri sorğuya cəlb olunublar. Şahidlər iddia edirlər ki, onlar İcra Hakimiyyəti binasından çıxarılaraq bilinməyən istiqamətə aparılıblar. Yayılan xəbərlərə hələlik rəsmi münasibət bildirilməyib.

Qeyd edək ki, Abdin Fərzəliyev 15 ildir ki, Nərimanov rayon İcra Hakimiyyətinin başçısıdır.Ölkə.az