SON DƏQİQƏ: “Araz Naxçıvan” Premyer Liqadan imtina etdibackend

SON DƏQİQƏ: “Araz Naxçıvan” Premyer Liqadan imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən mövsüm futbol üzrə Birinci Divizionda çempion olaraq Premyer Liqaya vəsiqə qazanan “Araz Naxçıvan”ın düşərgəsindən gözlənilməz xəbər var. Klub rəhbərliyi elitada oynamaq istəmir.

Aut.az-ın məlumatına görə, Naxçıvan təmsilçisi çıxılmaz vəziyyətə düşüb. Böyük vədlərlə Premyer Liqaya gələn klubda səssizlik hökm sürür. Klub daxilində ölkə çempionatında hazırlıqla bağlı heç bir iş görülmür. Çempionatın təşkilatçısı PFL-in lisenziya tələblərinə uyğun olaraq “Araz” qarşısına qoyulan şərtləri yerinə yetirilmir. Komandanın bir neçə gün öncə cəmi 13 futbolçu ilə təlim-məşqə başlaması bunun göstəricisidir.

Nə transfer fəaliyyəti var, nə də stadionda işlər görülür, nə də Premyer Liqa klubu kimi digər öhdəliklər yerinə yetirirlir. Bunun səbəbi Naxçıvan təmsilçisinin maliyyəsiz qalmasıdır. Şəhər rəhbərliyi kluba yaxın durmur. Onlar klubu maliyyələşdirməkdən imtina edirlər. Qısa zamanda başqa maliyyə dayaqlarının tapılması asan olmadığından, Premyer Liqada çıxış etmək mümkünsüzə çevrilib.

Artıq bu barədə klub daxilində müzakirələr aparılıb. Maliyyə dəstəyi olmayacağı halda “Araz Naxçıvan”ın elitada çıxış edə bilməyəcəyi bildirilib. Artıq bu barədə komanda üzvlərini də məlumat verilib. Güman ki, yaxın günlərdə klub rəhbərliyi elitadan imtina etməsi ilə bağlı AFFA-ya rəsmi müraciət edəcək.