SON DƏQİQƏ! Azərbaycanda dəhşətli hadisə: Ölən varbackend

SON DƏQİQƏ! Azərbaycanda dəhşətli hadisə: Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvan şəhəri Heydər Əliyev prospektində yerləşən “köhnə çörəkbişirmə” zavodunun həyətində yüksək gərginlikli elektrik enerjisi qutusuna düşərək yanmış kişi meyiti aşkar edilib.

Editor.az -ın məlumatına görə, tanınmaz halda aşkar edilən meyitin kimə məxsus olduğu hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Meyit müayinə olunmaq üçün Şirvan Şəhər Pataloji anatomiya və məhkəmə tibbi ekspertiza mərkəzinə yerləşdirilib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.